Cari ilin yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Milletinsesi.az-a bildirilib ki, 11 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 5 milyard 409,4 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 544,3 milyon dollar, İsrailə isə 1 milyard 205,9 milyon dollar olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 743 milyon dollar, Türkiyə ilə 4 milyard 26,7 milyon dollar, Rusiya ilə 2 milyard 730,5 milyon dollar təşkil edib.