Özildən xeyirxah addım

Özildən xeyirxah addım

“Arsenal”ın futbolçusu Məsut Özil bütün dünyada ehtiyac içində olan uşaqların əməliyyat xərclərini öz üzərinə götürür.

Qol.az xəbər verir ki, bu barədə o, özünün “İnstaqram” hesabında yazıb:

“Artıq 219 əməliyyat edilib, amma irəlidə daha çox şey var! Mən və həyat yoldaşım 2019-cu ilin iyununda – toyumuzdan əvvəl elan etdiyimi kimi bütün dünyada əməliyyata ehtiyacı olan 1000 uşağın xərcələrini üzərimizə götürəcəyik.  Bu, hələ başlanğıcdır! Gəlin, qarşıdakı 2020-ci ilə baxaq və ehtiyac içində olan yüzlərlə digər uşaqlara birlikdə kömək edək”.

Share: