Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.
Qol.az xəbər verir ki, bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş “TRT Spor”a müsahibəsində bildirib. Onun sözlərinə görə, gələn il mayın 26-da bu komandalar arasında oyun olacaq.Qarşılaşma Antalyada təşkil olunacaq.
Türkiyə yığması bundan sonra iyunun 1-də Xovatiya, 4-də isə İrlandiyaya qarşı gücünü sınayacaq.
Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsində iyunun 17-si Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.