Haftara qarşı Türkiyədən hava zərbəsi xahiş edildi

Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac Türkiyədən hava hücumundan müdafiə sistemləri istəyib.

Bu məlumatı “Əl Hadath” televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Tripoli həmçinin Türkiyə Hərbi Hava Qüvvələrindən hökumətin yerüstü qüvvələrinin müdafiəsini xahiş edib.

“Milli Razılıq Hökuməti Türkiyədən Liviya ordusunun hücumunu dayandırmaq üçün havadan müdaxilə istəyib”, – xəbərdə bildirilib.

Qeyd edək ki, ötən gün Liviya Milli Razılıq Hökumətinin Ankaradan rəsmən yardım istədiyi haqqında məlumat yaymışdı./axar.az

Share: