Məşhur hakim karyerasını başa vurdu

Macarıstanlı FİFA referisi Viktor Kaşşai karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu barədə o,  Macarıstan Futbol Federasiyasının saytına açıqlamasında bildirib. 30 ildir bu sahədə fəaliyyət göstərdiyini deyən 44 yaşlı hakim artıq yeni çağırış üçün belə bir qərar qəbul verdiyini söyləyib. O, idman menecmenti sahəsində çalışacağını deyib.

Qeyd edək ki, 1999-cu ildən hakimliyə başlayan Kaşşai 2003-cü ildən oyunlara FİFA referisi kimi təyinat alıb. O, 2011-cü ildə Çempionlar Liqasının (ÇL) finalını  idarə edib və həmin il FIFA tərəfindən ilin ən yaxşı baş hakimi seçilib.

Share: