Yaponiyada nəhəng siçan heykəli ucaldılıb

Yaponiyanın qərbində yerləşən Mie prefekturasındakı Tatsumizu şintoist məbədinin qarşısında nəhəng siçan heykəli ucaldılıb.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 29-da ictimaiyyətə təqdim edilən heykəl Şərq təqviminə əsasən 2020-ci ilin rəmzini özündə əks etdirir.

Bildirilir ki, prefekturanın Misato şəhərində quraşdırılan üç metr hündürlüyündə nəhəng heykəl könüllülər və uşaqlar tərəfindən bir neçə ay ərzində penoplastdan hazırlanıb.

Həmin qrupun üzvləri hər il Şərq təqvimi ilə növbəti ilin rəmzini düzəltməklə Yeni ildə xoşbəxtlik və bol məhsul üçün dualar edirlər.

Heykəlin əlində tutduğu qızıl məşəl isə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı yapon idmançıların daha çox qızıl medal qazanmaq arzusunu əks etdirir.

Share: