2020-ci ildə hansı bürclərin bəxti açılacaq və kimlər varlanacaq?

Yeni il artıq çox yaxındır və biz uşaq kimi ümid edirik ki, 2020-ci ildə həyatımız mütləq yaxşılığa doğru dəyişəcək. Ancaq bu həqiqətən baş verəcəkmi? Siçan ilindən nə gözləmək olar?

Milletinsesi.az oxucuları məşhur rusiyalı münəccim Pavel Qlobanın 2020-ci il üçün hazırladığı astroloji proqnozla tanış edir. Münəccim bürcləri hansı sınaqlar gözlədiyini bilir. O, il boyu bir çox sahələrdə uğur qazanacaq üç bürc işarəsini də müəyyənləşdirib. Buna baxmayaraq, astroloq gələn ilin hamının yaddaşında uzun müddət qalacaq maraqlı hadisələrlə dolu olacağına əmindir. Bununla birlikdə, Siçan ilində enerjisi, qətiyyəti və əzmkarlığı ilə fərqlənən bürclər daha çox uğura nail olacaq. Bu bürclər şübhəsiz ki, qarşıdakı ildə hədəflərinə çatacaq. Odur ki, Pavel Qloba 2020-ci ildə tənbəllik etməməyi, daha aktiv olmağı, karyera pillələrini qalxmağı və rifahınızı yaxşılaşdırmaq üçün hər gündən istifadə etməyi tövsiyə edir. Siçan zəhməti yüksək qiymətləndirəcək və əvvəllər arzuladığınız nəticələrə nail olmağa kömək edəcək.

Qoç

Bu bürcün nümayəndələrini uğur yanvar ayının ilk günlərindən müşayiət etməyə başlayacaq. Enerji və güc problem olmadan vacib işlərlə məşğul olmağa və həyatı düzgün yönəltməyə imkan verəcək. Odur ki, “Yeni ildən həyatımı dəyişəcəyəm” vədləri əsassız ola bilməz. Əsas odur ki, iradəli olasınız.

Bundan əlavə, Pavel Qloba Qoç bürcünün nümayəndələrinə 2020-ci ildə dostlar arasında daha çox olmağı, yeni tanışlıqlar qurmağı məsləhət görür. Təkbaşına öhdəsindən gələ bilməyəcəyiniz bir neçə problemin həllinə məhz yaxın insanlar kömək edəcək.

Buğa

Bu il ümumiyyətlə sakit Buğaları tələsdirən və görüləsi işlər çoxdur, odur ki, onlardan qeyri-adi aktivlik tələb olunur. Hər hansı bir işi yerinə yetirmək üçün çox məsuliyyətli olmaq tələb olunacaq. Qıcıqlandırıcı hallar qaçılmazdır, lakin sakit olmaq və digər insanlarla ünsiyyətdə diplomatik davranmaq məsləhət görülür.

Əkizlər

Yaxınlarınızla münasibətlər karyera, hətta təhsili də üstələyəcək. Bu bürcün öz yarını tapmayan nümayəndələri 2020-ci ildə sevgisinə qovuşacaq. Astroloq gözlənilməz işlərlə qarşılaşma ehtimalının yüksək olduğu barədə də xəbərdarlıq edir. Bütün bunlarla məşğul olmaq üçün cari narahatlıqları təxirə salmalı olacaqsınız. Əsas odur ki, əsəblərinizi qoruyun və planlarınız pozulanda gərgin olmayın.

Xərçəng

Xərçəng nümayəndələri üçün ilin çətin olacağı gözlənilir, ancaq gücünüzü toplasanız, itirdiyinizdən daha çox şey əldə edə bilərsiniz. Bu il əvvəllər qeyri-müəyyən səbəblərdən dolayı təxirə saldığınız işləri görməli olacaqsınız. Öz sağlamlığınıza ciddi qayğı göstərin.

Münəccim 2020-ci ildə uzaqda yaşayan qohumlarla daha çox vaxt keçirməyi məsləhət görür. Məhz güclü ailə münasibətləri gələn il sizi gözləyən bütün sınaqların öhdəsindən gəlməyə kömək edəcək.

Şir

Önümüzdəki ildə çox səyahət etməli olacaqsınız, narahat olmayın, xoş işlərlə bağlı olacaq. Tale uzun müddət xaricə getmək imkanı yaradacaq, orada hətta məskunlaşmaq və uzun müddət yaşamaq şansınız olacaq. Yeni həyata başlamaq üçün bundan daha yaxşı fürsət?

Pavel Qloba əmindir ki, 2020-ci ildə Şir bürcündən olanları maddi rifah və karyerada irəliləyiş gözləyir. Bundan əlavə, şəxsi cəbhədə çox qələbələr olacaq. Bütün bu fürsətlərdən maksimum yararlanmaq üçün kifayət qədər enerjili olmalısınız ki, il unudulmaz olsun.

Qız

Emosional baxımdan gələn il Qızlar üçün asan olmayacaq, hətta həyatın adi ritmini yenidən nəzərdən keçirməli olacaqsınız. Vaxtınızı necə idarə etməyi və enerjinizi səmərəli xərcləməyi yenidən öyrənməlisiniz. Digər tərəfdən, sağlamlığa daha çox diqqət yetirmək, idmanla məşğul olmaq, müntəzəm gəzmək və ya hovuza getmək məsləhət görülür. Ancaq il yaradıcılıq üçün əlverişli olacaq, odur ki, mütləq özünüz üçün yeni nələrisə sınamağa dəyər.

Tərəzi

Bu il keçmişin səhvlərini ödəmək ehtimalı yüksəkdir. Ancaq illərdir sizi narahat edən suallarınızın cavabları tapılacaq. Çətin vəziyyətlər olsa da, hər şeyi başa düşdükdən sonra daxili harmoniyanı tapmağa kömək edəcək nizamı bərpa edə biləcəksiniz. Özünüzə qapanmayın və yaxınlarınızdan kömək istəməkdən qorxmayın – onlar gözlədiyinizdən də çox yardım edə bilər.

Əqrəb

İl başgicəlləndirici hadisələrlə dolu olacaq. Sizi yeni tanışlıqlar, səyahətlər və həyəcanlandırıcı kəşflər gözləyir. Əlbəttə ki, heç bir səy göstərmədən həyatınız parlaq rənglərə boyanmayacaq, odur ki, tam hazır olun.

Eyni zamanda Pavel Qloba hər kəsə çox etibar etməməyi, intuisiyanıza daha çox qulaq asmağı məsləhət görür, çünki bu il əvvəlkindən daha çox intriqa və fırıldaqlar gözlənilir. Odur ki, xoşagəlməz vəziyyətlərdən uzaq durun.

Oxatan

Bu il şəxsi həyatınız bir çox təsirli və həyəcanverici hadisələrlə dolu olacaq. Buna görə layiqli və maraqlı insanlarla daha tez-tez görüşmək üçün hər fürsətdən istifadə etməyə dəyər. Həyatın digər sahələrinə gəldikdə, həm yüksəliş, həm də enişlər gözlənilir, özünüzü sığortalaya bilməyəcəksiniz. Bu səbəbdən də münəccim sakit olmağı məsləhət görür, unutmayın ki, qara zolaqdan sonra ağ gəlir.

Oğlaq

Oğlaq bürcünün nümayəndələri üçün Siçan ili şəxsi həyatda əsl tramplin olacaq. Uzun müddət xəyal etdiyiniz əmlakı əldə etmək ehtimalı var. Şəxsi inkişafda də nəzərəçarpan irəliləyişlər görəcəksiniz. Bəli, şəxsi həyatda münasibətlər möhkəm və sağlam olacaq. Ancaq belə bir məşğul və pozitiv ildə dəstəyinizə ehtiyac duyan ən yaxın insanlara yardım əli uzatmağı unutmayın.

Dolça

Keçmiş yenidən gündəmə gələcək və uzun müddət unudulmuş işlər aktuallaşacaq. Keçmişdə buraxılan səhvləri və hesabları yenidən nəzərdən keçirməli olacaqsınız. Bu səhvlərin təcrübələri sizə yeni uğurlar qazanmağa kömək edəcək.

Bu il sərgüzəştlər sizi cəlb edəcək, hətta bunun üçün çox şeyi qurban verməyə hazır olacaqsınız. Lakin Pavel Qlob ciddi qərarlar üzərində düşünməyi məsləhət görür, şans hər zaman üzünüzə gülməyə bilər. Eyni zamanda o, Dolçalar üçün ilin əlamətdar və həqiqətən uğurlu olduğunu etiraf edir. Odur ki, diqqətlə düşünülmüş riskə getmək mümkündür.

Balıq

Balıqlar üçün ilin dinamik olacağı gözlənilir: təəccüblü hadisələr bir-birini izləyəcək. Ancaq belə bir qeyri-adi ritm ürəyinizcə olacaq və köhnə rutini bir sıra parlaq hadisələrə dəyişdirmək üçün xüsusi səy göstərmək tələb olunmayacaq.

Pavel Qloba bu il tək qalmamağı tövsiyə edir. Tanışlıq baxımından ilin məhsuldar olacağı gözlənilir, çünki insanlar sizinlə ünsiyyət qura biləcək, odur ki, yeni dostlar tapmaq asan olacaq. Ancaq köhnə dostlara vaxt ayırmağı da unutmayın.

QEYD: Pavel Qlobanın 2020-ci il üçün tərtib etdiyi ulduz falı xüsusilə Şir, Qoç və Oğlaqlar üçün olduqca optimistdir. Eyni zamanda, xatırlatmaq istərdik ki, həyatımız ulduzların yerləşməsindən daha çox özümüzdən asılıdır. Buna görə mövcud vəziyyətə meydan oxuyun və cəsarətlə öz xəyallarınıza doğru getmək üçün yeni imkanlar əldə edin. (publika.az)

Share: