Putin İlham Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Putin İlham Əliyevə ünvanladığı təbrik məktubunda Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Putin Rusiya və Azərbaycanın birgə səylərlə iki dövlətin xalqlarının mənafeyinə tam cavab verən strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı fəaliyyətin sonrakı inkişafını təmin edəcəyinə, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin müəyyənləşmiş xətt üzrə gedəcəyinə əminliyini ifadə edib.

 

Share: