Bakının bu yaşayış massivlərinə təbii qaz verildi

Dekabrın 30-da Bakı şəhərində bir neçə yaşayış massivinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Milletinsesi.az-a verilən məlumata görə Qaradağ rayonu, Qobustan qəsəbəsi “1-ci massiv”, “1-a massivi”, “2-a massivi” və “1-ci təzə yurd” adlandırılan ərazilərdə 235, Sabunçu rayonunun Zabrat qəsəbəsinin “Dağüstü” adlandırılan ərazidəki yeni massivdə isə 33 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumilikdə qazlaşdırma işlərində iki massivdə 19 min 307 metr uzunluğunda polad və polietilən borulardan istifadə edilib.

 

Share: