Qətərin xarici işlər naziri Əmiri Məhəmməd Bin Əbdürrəhman Bin Casim Al Sani bu gün Tehrana səfər edəcək.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi öz Twitter səhifəsində yazıb.
A.Musəvinin sözlərinə görə, Qətər Əmiri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparacaq.
Qeyd edək ki, yanvarın 3-də Bağdad aeroportu yaxınlığında ABŞ helikopterlərinin hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın Qüds qüvvələri komandanı Qasim Süleymani həlak olması bölgədə vəziyyəti ağırlaşdırıb. Qətər Əmirinin İrana səfərinin vəziyyətin stabilləşdirilməsi ilə əlaqədar olduğu ehtimal edilir.