İndoneziyada güclü zəlzələ oldu

İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Simelue adasından 16 kilometr cənub-qərbdə, yerin 20 kilometr dərinliyində yerləşdiyi bildirilib.

Dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.

 

Share: