“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını Yaponiyada davam etdirəcək.
Qol.az xəbər verir ki, bu haqda Norveç mətbuatı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin yaxın vaxtlarda “Şonan Bellmar” klubu ilə müqavilə imzalayacağı bildirilib.
Elyunussinin son klubu İsveç AİK-I olub. 2019-cu ilin sonunda onun müqaviləsi başa çatıb və hazırda azad agentdir.
“Şonan Bellmar” norveçli oyunçunun 9-cu klubu olacaq. Bu klublar sırasında “Qarabağ” da var. Elyunussi 2017-ci ilin yayında Ağdam təmsilçisi ilə müqavilə bağlasa da, zədəsi səbəbindən komandada möhkəmlənə bilməyib və cəmi altı ay sonra Azərbaycanı tərk edib.