İranda dəhşətli qəza: 20 ölü, 23 yaralı

İranın Mazandaran vilayətində sənşinin avtobusu qəzaya uğrayıb.

Milletinsesi.az xəbər verir ki, Tehran-Qonbəd marşrutu üzrə hərəkət edən avtobus mazandaran vilayətinin Duab rayonu ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumatlara əsasən, qəza nəticəsində 20 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Avtobusun qəzaya uğrama səbəbi açıqlanmayıb.

 

Share: