YAP-ın namizədləri ilə bağlı maraqlı statistika

Yeni Azərbaycan Partiyası (YAP) bu ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikası açıqlayıb.

Report-un xəbərinə görə, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azəarbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, bu ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün YAP-ın irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikası aşağıdakı kimidir:

Namizədin sayı: – 123 nəfər

Qadın – 28 nəfər

Kişi – 95 nəfər

Yaş qrupları üzrə:

18-35 yaş – 18 nəfər

36-45 yaş – 35 nəfər

46-60 yaş – 40 nəfər

60-dan yuxarı – 30 nəfər

Fəaliyyət sahələri üzrə:

Dövlət sektoru – 32 nəfər

Milli Məclisin deputatı – 45 nəfər

Bələdiyyə üzvləri – 6 nəfər

Səhiyyə üzrə – 6 nəfər

Təhsil üzrə – 22 nəfər

Özəl sektor – 10 nəfər

Müvəqqəti işsiz – 2 nəfər

Təhsil üzrə: Ali – 123 nəfər

Elmi dərəcəlilər:

Elmlər namizədi – 22 nəfər

Elmlər doktoru – 21 nəfər

YAP rayon (şəhər) təşkilat sədrləri: – 8 nəfər

 

Share: