ABŞ Çin yaxınlığına xüsusi dəstə göndərir

ABŞ Silahlı Qüvvələri Çinə qarşı fəaliyyətini genişləndirməyə hazırlaşır.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, ABŞ Sakit okean regionuna Çinə qarşı informasiya, elektron, raket və kiber əməliyyatlar aparmaq üçün xüsusi operativ qrup göndərmək niyyətindədir.

Xüsusi dəstənin yerüstü və dəniz hədəflərinə zərbə endirmək üçün yüksək dəqiqliyə malik silahlarla, o cümlədən hipersionik raketlərlə təchiz ediləcəyi vurğulanıb.

ABŞ-ın xüsusi təyinatlı dəstələrini Tayvan və Filippin ərazisində yerləşdiriləcəyi ehtimal olunur.

 

Share: