Yəqin ki, Nostradamus və Vanqa kimi kahinlərin haqqında dəfələrlə eşitmisiniz. Onların bu günə kimi açıqladığı bir çox kəhanətlər öz təsdiqini tapıb.
Bu cür kahinlərdən biri də İngiltərədən ola Ana Şiptondur. Ana Şiptonun kəhanətləri hər kəsi heyrətləndirir.
Milletinsesi.az musavat.com-a istinadən bildirir ki, sizə Ana Şipton haqqında maraqlı faktları təqdim edir.
Ana Şiptonun anası 18 yaşında onu dünyaya gətirərkən vəfat edib. Yeni doğulmuş Şipton isə qaçırılaraq xeyli müddət gizlədilib. Uşaq dünyaya gəldikdə normal olmadığına görə başı qeyri-mütənasib, gözləri çəp, yanaqları çökmüş, ağzı dişlərindəki bir deşik kimi idi. Qolları və ayaqları isə sanki bədəninə bağlanmışdı.
Bu uşaq çox gizlədilə bilmədi. Kəndin görkəmli dini komitəsi iclas tələb etdi. Bir yaşlı qadın ona sahib çıxaraq qayğı göstərdi. Adını Ursula qoydular. Ursula qəribə bir uşaq idi, gündə 1-2 saat yatır, sonra oyanır. Gözləri həmişə sabit bir nöqtəyə baxırdı. Gecələr evin pərdələri uçur, qapıları döyülür, pəncərələri çırpılırdı.
Bir gün yaşlı qadın evə qayıdıb körpənin beşiyini boş gördü. O, qorxu ilə baş verənləri qonşularına danışdı. Qonşular uşağın cinlər tərəfindən qaçırıldığını iddia etdilər. Ancaq uşaq nəhayət, bacada tapıldı. Bu barədə heç kim bir fikir irəli sürə bilmədi.
İllər keçdi, Ursula artıq gənc bir qadın idi. Onun kəhanət bacarığı artıq bir çox yerlərə yayılmışdı. Hər kəs ondan danışırdı. Özəlliklə də o, gizli sevgiləri və sevgililərin gələcəyi haqqında məlumatları dəqiq deməsi ilə tanınırdı.
1512-ci ildə Ursula 24 yaşında olanda Tobi Şipton adlı bir adamla evləndi. Lakin tarixdə onun həyat yoldaşı haqqında heç bir məlumat yer almır.
Həmin ərəfələrdə o “Mother Shipton” (Şipton Ana) adını almışdı. Artıq o, kralların, kraliçaların ölümlərini, İngiltərənin gələcəyini və s. bu kimi önəmli hadisələri görür və söyləyirdi.
17-ci əsrin ən böyük fəlakətlərindən biri olan vəba epidemiyasını da Şipton Ana demişdi. Məşhur tarixçi Pepisin gündəlik bloknotunda da Şipton Ana haqqında qeydlər var.
Şipton Ana 1561-ci ildə ölüb. O, öldüyü zaman artıq bütün Britaniyada tanınırdı. Hətta o, öz ölümünün tarixini belə, söyləmişdi.