İlham Əliyev Avstriya kanslerini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal kansleri Sebastian Kurtsa təbrik məktubu ünvanlayıb.
Milletinsesi.az təbrik məktubunu təqdim edir:
“Hörmətli cənab Federal Kansler,
Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.
***
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli cənab Milanoviç,
Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.