Pərviz Müşərrəf haqqında ölüm hökmü ləğv edildi

Pakistan Ali Məhkəməsi Xüsusi Məhkəmənin ölkənin keçmiş prezidenti Pərviz Müşərrəf haqqında çıxardığı ölüm hökmünü Konstitusiyaya zidd hesab edib.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Daun” qəzeti məlumat yayıb.

Müşərrəfin çıxarılan hökmə qarşı qaldırdığı vəsatətlərə baxan məhkəmə heyəti Pakistanın keçmiş prezidentinin dövlətə xəyanət maddəsilə mühakimə edilməsinin qanunlara uyğun olmadığına qərar verib.

Qeyd edk ki, ötən il dekabrın 17-də Pakistan Xüsusi Məhkəməsi Pərviz Müşərrəfi dövlətə xəyanətdə təqsirli bilərək, edam cəzasına məhkum etmişdi.

P.Müşərrəf isə dekabrın 27-də Lahor Ali Məhkəməsinə bu hökmdən apellyasiya şikayəti vermişdi.

 

Share: