Bakıda çörək zavodunun direktorunun otağından pul oğurlanıb.
Report-un xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən Muğan ASC-yə məxsus çörək zavodunda qeydə alınıb.
Belə ki, ASC-nin direktoru Kamil Mirişovun xidməti kabinetindən 4000 manat pul oğurlanıb.
Daha sonra bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edilib.
Faktla bağlı hadisəni törədən şəxs və ya şəxslərin axtarışları aparılır.