“Sevilya” müdafiəçisi Simon Kyaeri icarəyə göndərib.
Qol.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi Tvitter səhifəsi məlumat yayıb. 30 yaşlı oyunçu karyerasını “Milan”da davam etdirəcək. Danimarkalı futbolçunun müqaviləsi bu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci ildən “Sevilya”nın formasını geyinən S.Kyaer son mövsümü icarə əsasında “Atalanta”da keçirib