DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə yoldaşlıq oyunları keçirəcək.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, hər iki qarşılaşmanı idarə edəcək hakimlərin adları açıqlanıb:
21 yanvar
20:00. Azərbaycan – Özbəkistan
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı
22 yanvar
20:00. Azərbaycan – Özbəkistan
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Fuad Həsənov
Bakı İdman Sarayı