Cənub zonasında yaşayanların xərçəngə tutulması ilə bağlı maraqlı FAKT

Geologiya və Geofizika İnstitutu tərəfindən Azərbaycanın yüksək təbii radiasiya fonu olan ərazilərində yaşayan əhalinin həyat keyfiyyəti və uzunömürlük fenomeni tədqiq edilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqat zamanı Cənub zonasında radiasiya səviyyəsinin monitorinqi aparılıb, ərazidə uzunömürlülüyün yaş və gender strukturu müəyyən edilib.

Tədqiqat zamanı yaşayış yerlərində radonun həcminin aktivlik səviyyəsi ilə insan ömrünün müddəti arasında əlaqənin olması ilə bağlı təhlil aparılıb.

Müəyyən edilib ki, əhali arasında ağciyər bədxassəli törəmə xəstəliyinə tutulanların sayı radonun miqdarından (˃250 Bk/mᶾ) yuksək dərəcədə asılı olub. Bu problemin optimal həlli kimi yaşayış binalarının zirzəmilərində fasiləsiz havalandırma sistemləri quraşdırmaqla radon riskinin azaldılması təklif edilib.

Share: