Bakıda marşrut avtobusu ağır qəza törədib.
Milletinsesi.az xəbər verir ki, hadisə Binəqədi-Novxanı yolunda baş verib.
165 saylı marşrut avtobusu yolu keçən 1958-ci il təvəllüdlü Hidayət Mahmud oğlu Əliyevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən 90 LZ 839 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Namiq Nürəddin oğlu Ağayev barəsində cinayət işi açılıb.