Pakistanın Bəlucistan, Azad Kəşmir, Sind və Pəncab əyalətlərində güclü yağışlar və qar uçqunları nəticəsində azı 41 adam həyatını itirib, çoxlu yaralananların olduğu haqda məlumatlar yayılıb.
Ən çox adam Bəlucistan əyalətində ölüb – 22 nəfər. Əyalətin yeddi dairəsinə daha çox zərər dəyib, bu əyalətdə fövqəladə vəziyyət elan olunub. Azad Kəşmirdə 15, Pəncabda 3, Sind əyaləətində 1 adam ölüb. Bildirilir ki, Pakistanda belə havalar 20 il əvvəl müşahidə edilib.
Sinoptiklər şaxtalı hava şəraitinin hələ bir neçə gün davam edəcəyini bildiriblər.