“Mançester Yunayted”in Qətər toplanışı ləğv edildi

“Mançester Yunayted”in Qətərdə planlaşdırılan təlim-məşq toplanışı ləğv edilib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib. O, yaxın şərqdəki vəziyyətin gərginləşməsi səbəbindən bu addımı atdıqlarını söyləyib:

“Futboldan çox məni həyəcanlandıran başqa şeylər var. Yaxın şərqdə toplanmağı düşünürdük, amma bu, indi dəqiq ləğv edilir. Oyunçulara bir neçə gün tətil verəcəyəm. Onların hara gedəcəyini bilmirəm, amma mütləq Avropada qalacağıq”.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində iranlı general Qasım Süleymani öldürülüb.

Qeyd edək ki, bundan əvvəl ABŞ millisi Qətərdəki təlim-məşq toplanışından imtina etmişdi.

Share: