Yeni il bayramı günlərində nə axtarılıb?

Rusiyanın “Yandeks” axtarış sistemində Yeni il bayramı günlərində istifadəçiləri maraqlandıran sorğular müəyyən edilib.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin məlumatına görə, 2019-cu il dekabrın 31-dən 2020-ci il yanvarın 8-dək rusiyalılar axtarış sisteminə “siqareti atmaq”, “içkini atmaq”, “arıqlamaq”, “qaçmağa başlamaq”, “meditasiya etmək”, “qazanmağa başlamaq” kimi sorğularla müraciət ediblər.

Bundan əlavə, istifadəçilər bayram günləri “Olivye” və “Mimoza” salatlarının reseptlərini tapmaq, Milad bayramı günləri isə fala baxmaq üçün axtarış aparıblar.

Share: