BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Yanvar 25 2020
Son xəbərlər
Ana səhifə / Dünya / Bu virus dünyada ən təhlükəli kibersilaha çevrilib

Bu virus dünyada ən təhlükəli kibersilaha çevrilib


2017-ci ildə dünyada kompüterlərə hücum etmiş “WannaCry” virusu 2019-cu ildə kibercinayətkarların ən təhlükəli alətinə çevrilib. Bu haqda “PreciseSecurity” məlumat verib.

Milletinsesi.az ictnews.az-a istinadən bildirir ki, ötən il “WannaCry” dünyada pul tələb edən viruslar arasında birinci yeri tutub. İnternetdə belə halların təxminən 23,5%-i məhz “WannaCry” ilə əlaqəlidir. Zərərli proqram təminatı qurban istifadəçinin qurğusundakı faylları şifrləyir və deşifrə üçün ödəniş tələb edir.

Qurban istifadəçilərin virusa yoluxmasının əsas mənbəyi (67%-dən çox) spam göndərmələri və fişinq məktubları olub. Həmçinin zəif şifrlər və kibertəhlükəsizlik sahəsində biliklərin azlığı risk faktorları sırasındadır. Reklam və təhlükəli saytlar vasitəsilə virusa yoluxma halları çox az qeydə alınıb.