Beynəlxalq alimlər qrupu, nəzəriyyə və müşahidələrə əsaslanan tədqiqat nəticələrinə uyğun olaraq suyun daha sürətli itirdiyini aşkar edib. Planetoloqlar “ExoMars” proqramı çərçivəsində “Trace Gas Orbiter” zond vasitəsi ilə məlumatları təhlil edib.
Alimlər suyun tədricən yox olmasının Marsın yuxarı atmosferində baş verdiyini müəyyən edib.
Günəş işığı səbəbindən su molekulları hidrogen və oksigen atomlarına bölünür və planetin zəif cazibə qüvvəsi onların kosmosa buxarlanmasına mane ola bilmir. Üstəlik, 80 kilometr yüksəklikdə çox miqdarda rütubət yığılır. Atmosferin bəzi hissələrində rütubət miqdarı çoxdur və nəzəri baxımdan temperaturun verdiyi imkanlara nisbətən atmosfer, 10-100 qat daha çox su buxarını ehtiva edir. Bu cür göstəricilərlə suyun atmosferdən çıxma qabiliyyəti müəyyən fəsillərdə əhəmiyyətli dərəcədə artmış olur. 2019-cu ilin dekabr ayında Amerika astronomlarının Marsda sirli ultrabənövşəyi işıqlar şələlənməsini bildirmişdir, bu da atmosfer səthindən suyun yox olmasını göstərir.