“Harry Potter”in rəsmi mağazası açılacaq

“Warner Bros” şirkəti Nyu-Yorkda “Harry Potter”in rəsmi mağazasının açılacağını elan edib. Axşam.az xəbər verir ki, üç mərtəbəli mağazada gənc sehrbazın geyimləri, yeni dizaynda çubuqlar və digər oyuncaqlar satışa çıxarılacaq.

Eyni zamanda burada fotosessiya etdirmək üçün bütün imkanlar yaradılacaq.

Qeyd edək ki, mağaza yay aylarında müştərilərin ixtiyarına veriləcək.

Share: