Ailə dəhşəti: Üç uşağı və həyat yoldaşını qətlə yetirdi

ABŞ-da maddi problemlərlə üzləşən Antoni Tod adlı şəxs ailə üzvlərinin hamısını qətlə yetirb.

Hadisə Konnektikut ştatında baş verib.

Həyat yoldaşı ilə birlikdə müayinə mərkəzi işlədən və maddi sıxıntılarla üzləşən Antoni Tod baş verənlərə görə qəzəblənib.

Kredit borclarını ödəyə bilməyən, bank tərəfindən evləri əllərindən alınan ailədən uzun müddətdir xəbər yox idi. Polislərin məhkəmənin qərarı ilə gəldikləri evdə aparılan axtarış zamanı üç uşaq, ana və bir köpəyin cəsədləri aşkar olunub.

Tod yoqa müəllimi olan həyat yoldaşı Meqan, uşaqları 13 yaşlı Aleks, 11 yaşlı Tiler və 4 yaşlı Zoyanı öldürdüyünü etiraf edib. Evin köpəyi də Todun qurbanları arasında yer alıb./teleqraf

Share: