Portuqaliyalı alim misli görünməmiş kosmik missiyada iştirak edir

Avropa kosmik missiyası Yer kürəsində həyatın yaranması barədə suallara cavab tapmaq üçün Günəş şüalarının təsir edə bilmədiyi primitiv kometanı portuqaliyalı astrobioloq Zita Martinsin iştirakı ilə ilk dəfə öyrənməyə çalışır.

AZƏRTAC xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) 2028-ci ilə nəzərdə tutulmuş missiyası çərçivəsində heç vaxt Günəşə yaxınlaşmamış və buna görə də əmələ gəldiyi andan dəyişməmiş kometa haqqında informasiya toplanacaq.

Yaponiya Kosmik Agentliyi (JAXA) ilə əməkdaşlıq şəraitində işləyən missiya yerdən 1,5 milyon kilometr məsafədə Günəşə əks istiqamətdə zond yerləşdirəcək.

Zita Martinsin sözlərinə görə, zond indiyədək məlum olmayan kometanı identifikasiya edəndən sonra bir neçə ay və ya il fəzada səyahət edəcək ki, kometa Yer kürəsinin elliptik orbitinin səthini Günəşə nisbətdə keçəndə onu yaxalaya bilsin. Primitiv kometanı ələ keçirmək “zaman maşınına” daxil olmağa bənzəyir, çünki Günəş sisteminin formalaşmasında hansı üzvü molekulların iştirak etdiyini aşkar etməyə və bununla da Yer kürəsində həyatın yaranmasına dair daha konkret ipucular ələ keçirməyə imkan verir.

Share: