Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı

Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqat başlayıb.

Milletinsesi.az xəbər verir ki, bu gecədən etibarən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər seçkiqabağı təşviqat apara bilərlər.

Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu il fevralın 9-na təyin edilib.

Share: