“Liverpul” rekordları sıralayır

“Liverpul” İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edən “Liverpu” daha bir rekorda imza atıb.

Qol.az xəbər verir ki, bu qələbə sayəsində Premyer Liqada qazandığı xalların sayını 64-ə çatdırıb. Bu, “böyük beşlik” çempionatları arasında ən yaxşı göstəricidir. Çempionatda bir oyun az keçirən “Liverpul” 22 oyunda 64 xal toplayan ilk komanda olub.

Qeyd edək ki, Mersisayd klubu Premyer Liqanın son 31 oyununda mümkün olan 93 xaldan 91-ni qazanıb və 30 dəfə qalib gəlib.

Share: