Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox investisiya yatıran ölkələrdir. Avropa İttifaqı, həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir.
Bunu layihənin yekunlarına həsr olunmuş konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
K. Yankauskas deyib ki, hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə danışıqların yekun mərhələsindədir: “Bu saziş bağlandıqdan sonra Azərbaycan və Avropa İttifaqı əlaqələri yeni mərhələyə çıxacaq”.