Təbrizlə Culfa arasında sərnişin qatarı işə düşdü

Təbrizlə Culfa arasında sərnişin qatarı işə düşdü

İran hökuməti ölkənin Təbriz və Culfa şəhərləri arasında sərnişin qatarını işə salıb.

Report xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır.

Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.

 

Share: