BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Fevral 29 2020
Son xəbərlər
Ana səhifə / Siyasət / Dağıstan rəhbəri Azərbaycana gəlir

Dağıstan rəhbəri Azərbaycana gəlir


Dağıstan və Azərbaycan arasında çox yaxın və etibarlı münasibətlər var.

Bunu Report-a Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev deyib.

Azərbaycanla əlaqəli yeni layihələr barədə danışan V.Vasilyev qeyd edib ki, 2020-ci ildə Bakı-Dərbənd-Mahaçqala marşrutu üzrə yüksəksürətli qatarın istifadəyə veriləcəyi planlaşdırılır:

“Bu, Peterburq-Helsinki qatarına bənzər sürətli qatar olacaq. İstəyirik ki, Dərbənddən keçərək Bakıdan Mahaçqalaya və əks istiqamdə sadələşdirilmiş gömrük prosedurları ilə gediş-gəliş olsun. Artıq çox adam bunun nə vaxt mümkün olacağını soruşur. Layihəni bu il həyata keçirəcəyimizə ümid edirik”.

V.Vasilyev bildirib ki, yaxın gələcəkdə özü də Bakıya səfər etməyi planlaşdırır:

“Hələlik tarixi söyləməyəcəm, amma deyə bilərəm ki, bu səfərə çox ciddi hazırlaşırıq”.

O, Azərbaycan və Dağıstan iqtisadiyyatına toxunaraq onların bir-birinə bənzədiyini söyləyib: “İqtisadiyyatlarımız çox oxşardır. Bir çox mütəxəssis hətta birbaşa rəqib olduğumuzu söyləyir. Ancaq, bu, yaxşı münasibətlər qurmağımıza mane olmur və sual yaranan məsələlərdə bir-birimizi başa düşürük”.

 

mersin escort
mersin escort