Neftçalada üçotaqlı ev yanıb

Neftçala rayonunun Qaraqaşlı kəndində ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a bildiriblər ki, hadisə nəticəsində üçotaqlı ev əşyalarla birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Share: