Beyl zədələndi

“Real”ın futbolçusu Qaret Beyl  İspaniyanın kubokunun 1/16 finalında “Unionistas”a qarşı matçda zədələnib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Zinəddin Zidan məlumat verib. O, uelsli oyunçunun son durumunun tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcəyini bildirib.

Qeyd edək ki, sözügedən görüş “Real”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Share: