
“Sevilya” heyətinə yeni futbolçu cəlb edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi “Bavariya”nın hücumçusu Ryan Yohanssonu alıb. 18 yaşlı oyunçu ilə 6 illik müqavilə imzalanıb. Gənclər komandasında oynayacaq futbolçunun əsas komanda ilə də məşlərdə işirak edəcəyi bildirilib.
Qeyd edək ki, R.Yohansson 2017-ci ildən Münhen klubunun gənclər komandasında oynayırdı.