BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Fevral 25 2020
Son xəbərlər
Ana səhifə / İqtisadiyyat / Bakıda kirayə evlər ucuzlaşdı

Bakıda kirayə evlər ucuzlaşdı


Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb.

Bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, 2019-cu ilin dekabr ayı ərzində Bakıda kirayə mənzillərin qiyməti 1.73 faiz azalıb. Ekspert əlavə edib ki, obyektlərin icarəsi ay ərzində 1.25 faiz bahalaşıb. Fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti sabit qalıb.

Ucuzlaşmanın səbəbindən danışan ekspert bildirib ki, İpoteka Fondu tərəfindən kirayə mənzil layihəsinin işə salınması ilə bağlı informasiya, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 1200-dən artıq mənzilin satılması kirayə bazarına da öz təsirini göstərib.