Parlament seçkilərində 262 beynəlxaq müşahidəçi qeydə alınıb

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 262 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq.

MSK sədri əlavə edib ki, indiyə qədər 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib.

Share: