“Google” və “Facebook”un işində qüsurlar yaranıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.
Məlumata əsasən, “Facebook” işində texniki qüsurlar əsasən ABŞ, Latın Amerikası, Avstraliya, həmçinin bir neçə Avropa ölkəsində müşahidə edilir.
“Google”ın işində isə qüsurlar dünyanın bir sıra ölkəsində müşahidə edilir. Əsasən qüsurlar “Google” axtarış sistemində, “YouTube” videohostinqində və “Gmail” servisində qeydə alınıb.