Parisdə Eyfel qülləsi bağlanıb.
Trend-in məlumatına görə, buna işçilərin tətili səbəb olub. Qeyd olunur ki, Eyfel qülləsinə gələn turistlərin təhlükəsizliyi lazımi səviyyədə təmin olunmayacağı üçün qülləni müvəqqəti bağlamaq qərarı verilib.
Eyfelin nə zaman açılacağı məlum deyil.
Qeyd edək ki, Fransada ötən ilin dekabrından bəri pensiya islahatı ilə əlaqədar etirazlar və tətillər davam edir.