Rusiyanın böyük şəhərlərində mənzil kirayəsi bahalaşa bilər

Rusiyanın böyük şəhərlərində mənzil kirayəsi bu il 10-15% aralığında bahalaşa bilər.

Milletinsesi.az-ın “İzvestiya” nəşrinə istinadən verdiyi məlumat görə, ən böyük qiymət artımı metro stansiyalarının yaxınlığında yerləşən mənzillərdə olacaq. Qiymətlərin mümkün artma səbəbləri kimi mənzillərin kvadrat metrinə görə olan dəyərin və kommunal xərclərin artması göstərilir.

Bundan əlavə, Rusiyada bu yaxınlarda kirayə mənzil seqmentində nəzarətin gücləndirilməsi də qiymətləri artıracaq faktorlar sırasında sadalanır.

Share: