Ərdoğan zəlzələ bölgəsinə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən Elazığ şəhərinə gedib.

Milletinsesi.az xəbər verir ki, Ərdoğan zəlzələ bölgəsində mövcud vəziyyətlə tanış olub.

Səfərdə Ərdoğanı köməkçisi Fuad Oqtay və Türkiyə parlamentinin sədri Mustafa Şəntop müşayiət edib.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər həlak olub, 1031 nəfər yaralanıb.

***

R.T.Ərdoğan Elazığda zəlzələ nəticəsində dünyasını dəyişən iki nəfərin dəfn mərasimində iştirak edib. O, dövlətin bu məsələ ilə bağlı lazımi tədbirlər görəcəyini bildirib:

“Keçmişdən bu vaxta qədər çoxlu zəlzələlər yaşadıq, amma bu millət zəlzələlərdə səbrlə bunların öhdəsindən gəldi, bacardı. Dövlət olaraq, millət olaraq inşallah sonuna qədər əlimizdən gələni edirik, edəcəyik. Bütün dağıntı yerlərində apardığımız işlər davam edəcək”.

Türkiyə prezidenti zəlzələ nəticəsində zərər görən hər kəsə yardım ediləcəyini deyib.

Ərdoğan həmçinin insanları dedi-qodulara qulaq asmamağa, təbliğata uymamağa çağırıb.

 

Share: