Yığmamızın növbəti sınağı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət milli komandamız hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxacaq.

Qol.az xəbər verir ki, rəqib Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb.

Share: