Məmmədyarovla Mnatsakanyanın görüş tarixi açıqlandı

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün tarixi bəlli olub.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, Mnatsakanyan yanvarın 29-u və 30-da ATƏT-in Minsk Qrupunun həmsədrləriylə görüşəcək. Onların vasitəçiliyi ilə Mnatsakanyanla Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüşün keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə tərəflər arasında görüş 2019-cu ilin dekabrında Bratislavada baş tutmuşdu.

 

Share: