Bu telefonlarda “WhatsApp” işləməyəcək

“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin dayandırılması barədə qərar qəbul ediblər.

Milletinsesi.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu il fevralın 1-dən “WhatsApp” “Android 2.3.7” və “iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon və planşetləri dəstəkləməyəcək. Messenceri “Android 4.0.3” və ya “iOS 9” versiyalarda problemsiz istifadə etmək mümkün olacaq. “WhatsApp” messenceri “KaiOS 2.5.1” sistemli aparatlarda da işləyəcək.

Share: