Əfqan Hava Yolları aviaşirkətinə aid sərnişin təyyarəsi Əfqanıstanın şərqindəki Qəzni bölgəsində qəzaya uğrayıb.
Milletinsesi.az xəbər verir ki, göyərtədə 83 nəfərin olduğu bildirilir.
Qəzni əyalətinin qubernatoru qəzanın Dix-Yak rayonunda baş verdiyini təsdiqləyib.
“Tolo Nyus” həmin ərazinin Talibanın nəzarətində olduğunu yazıb.
***
Əfqanıstanda qəzaya uğrayan təyyarə orduya aiddir.
Bu barədə “RİA Novosti” özəl mənbəyə istinadla məlumat yayıb.