BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Oktyabr 14 2019

“Hercai”nin aktrisası bu hərəkəti ilə sevənlərinin rəğbətini qazanıb


“Hercai” serialının aktrisası Ebru Şahin Mardinli şagirdləri sevindirib.

Aktrisa serial çəkilişlərinin baş tutduğu Mardində uşaqların problemlərinə laqeyd qalmayıb.

Ebru Şahin Mardin Derik Yassıtepe kəndindəki uşaqlara yardım əlini uzadıb. O, İnstagramda “kənd məktəbinə yardım layihəsi” hesabı sayəsində müəllimlərlə əlaqə qurub. Serialı ulduzu həmkarları ilə birlikdə şagirdlərin dəftər-kitab ehtiyacını qarşılayıb və texnologiya alətləri alıb. Daha kiçik uşaqlara isə oyuncaq yardımı edilib.

Reytinq rekordu qıran serialın aktrisası bu addım ilə həm mardinlilərin, həm də bütün Türkiyənin rəğbətini qazanıb./publika.az